Marixuana ilə tutulan şəxs: "Heç bir ataya övladları qarşısında bu vəziyyətə düşməyi arzulamıram" - VİDEO

22/02/2019 - 15:28 14 590 0   0  

ARB TV xəbər verir ki, İsmayılı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şüphəli bilinən rayonun Qalıncaq kənd sakini Məzahir Əzimov saxlanılıb.

Onun yaşadığı yerə baxış keçirərkən evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kq, 480 q olan marixuana aşkar edilərək götürülüb.

Məzahir Əzimov - saxlanılan şəxs: “Əməlimdən peşmanam. Heç bir ataya övladları qarşısında bu vəziyyətə düşməyi arzulamıram. Hamıya halal çörəyini qazanıb ailəsinə baxmağı arzulayıram”.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.