“Makron Quaidonu prezideti kimi tanıyırsa, onda Fransanın da prezidenti Erik Drouetdir” – “Sarı jiletlilər”in lideri

08/02/2019 - 14:21 5 581 0   0  

“Makron Quaidonu Venesuela prezidenti kimi tanıyırsa, onda Fransanın da prezidenti Erik Drouetdir” – “Sarı Jiletlilər”in lideri
Fransada “Sarı jiletlilər”in liderlərindən olan ifrat solçu Jan Lük Melenchon Fransa Prezidenti Emmanuel Makronun Xuan Quaidonu Venesuela “prezidenti” kimi tanıma qərarını tənqi edib.

Avropa.info xəbər verir ki, Jan Lük Melenchon Makronun bu qərarının böyük fəsadlara yol açacağını deyib.

“Fransa belə yanlış qərarlarla hara gedir? Bu metodları istifadə etsək, biz də “Sarı jiletlilər”in lideri Erik Droueti Fransa prezidenti olaraq tanıyardıq. Xuan Quaido Venesuela seçilmədən Venesuela prezidentidirsə, Erik Drouet də Fransa prezidentidir” – Jan Lük Melenchon belə deyib.

Qeyd edək ki, Fransa prezidenti Makron bazar ertəsi günü sosial media hesabından verdiyi açıqlamada, Quaidonu Venesuelanın “müvəqqəti prezidenti” kimi tanıdığını bildirmişdi.