Mağazadan aldığı bulka həyatına son qoydu

10/12/2018 - 20:21 9 895 0   0  

Cəlilabad rayonunda 30 yaşlı kişi xəstəxanda ölüb.

Rayonun Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Emin Aslan oğlu Mehbalıyevin halı pisləşib. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qaldırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mehbalıyev mağazadan aldığı çörək məmulatından (bulka) zəhərlənərək öldüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.(Report)