Macarıstan prezidenti: “Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik.

04/03/2019 - 19:59 14 539 0   0  

Macarıstan prezidenti Viktor Orbanın Türk dövlət başçılarının Qırğızıstanda keçirilmiş toplantısındakı tarixi çıxışının videosu yayılıb.

Turkustan.info xəbər verir ki, Macarıstan prezidenti “Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik” deyə birlik çağırışı edib.

Qeyd edək ki, Macarıstan Türk Konseyində müşahidəçi statusla təmsil olunur. Artıq neçə ildir ki, Macarıstanda Macar-Turan Fondunun təşkilatçılığı ilə Macar-Turan Qurultayları keçirilir.

Milli ideoloqumuz İdeoloqumuz Əli bəy Hüseynzadə hələ yüz il öncə yazırdı:

Sizlərsiniz, ey qövmü-macar, bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşeyi Turan.
Bir dindəyiz biz, hepimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran…

Macarıstanın bayrağı hazırda Türk Akademiyasının iqamətgahında dalğalanır.