Lukaşenko Azərbaycanın aldığı “Polonez”dən danışdı: “Ermənilər mənə dedi ki...”

14/12/2018 - 17:37 7 645 0   0  

“Azərbaycana silah satdığı üçün Belarusu qınamaq lazım deyil”.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko qeyd edib ki, Belarus “Polonez” raket kompleksini Azərbaycanla yanaşı, Ermənistana da təklif edib: “Azərbaycanlılar bu raket kompleksini istədilər, ermənilərsə imtina etdilər və bildirdilər ki, onlarda Rusiyanın “İskəndər”i var. Burada bizim günahımız nədir? Axı mən eyni təklifi ermənilərə də etmişdim”.