ƏLİYEV SABAH PAŞİNYANLA GÖRÜŞƏCƏK - Putinin təşəbbüsü ilə

10/01/2021 - 15:45 179 0   0  

11 yanvar bazar ertəsi günü Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.

Kremlin mətbuat xidməti xəbər verir ki, görüş Rusiya liderinin təşəbbüsü ilə keçiriləcək.

Bildirilib ki, tərəflər üç ölkə liderlərinin Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli bəyanatının icrasını nəzərdən keçirməyi və bölgədəki problemlərin həllinə dair addımları müzakirə etməyi planlaşdırırlar.