“Əlimi üzünə çəkmək istədim, qoymadılar” - Ötən il ölən alpinistin anası DANIŞDI - VİDEO

13/11/2018 - 18:27 1 891 0   0  

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışı 2017-ci ilin dekabr ayında Tufan dağa qalxmaq üçün yola çıxan və 5 aydan sonra meyitləri tapılan 3 alpinistdən biri olan Namin Bünyatova həsr olunub.
Səadət Bünyatov – Naminin anası: “Dağlarla, təbiətlə maraqlanan uşaq olub. Dəcəl uşaq olmayıb. Məktəbdə, bağçada müəllimlər ondan razı qalıb. Rus dilini özü öyrənmişdi. Yaxşı bilirdi. Yoldaşımı itirəndə çox gənc idim. Amma Namin mənə təsəlli idi. Onun ailə qurmağı təsadüfən oldu. Ona qız axtarırdım amma tapmırdım. Seçimi özü edib, evləndi. Vətənini sevən idi. Yola çıxanda birinci çantasına bayrağını qoyurdu. Bir dəfə bayrağı tapa bilmədi, əsəbiləşdi. Tapanda uşaq kimi sevindi. Hündürlüyü çox sevirdi. Arzuları çox idi. Deyirdi ki, biraz döz, bütün dünya məni tanıyacaq. 7 min metrlik dağ idi, getdi 1 aya gəldi. Hər gün ağlayırdım. Bir gün dedi ki, biz Quba dağlarına gedəcəyik. Quba sözü məni aldatdı. Fikirləşdim ki, yaxındı. Dedi ki, 1 günə qayıdacağıq. 3 dəfə soruşdum ki, hansı dağa gedəcəksən? Cavab vermədi. Elə bil ki, könülsüz getdi. İlk dəfə idi ki, dağa gedəndə sevinmirdi. Mən onun ölüm xəbərini fikiləşəndə özümdən uzaqlaşdırırdım. Əmim ağlayanda dedim ki, nolub, Namindən bir xəbər var? Dedilər yox. Sonra cənazəsini əmisinin qapısına gətirdilər. İstədim əlimi üzünə çəkim, dedilər olmaz”.