Əlikram Hümbətov Ermənistandan separatçı Fəxrəddin Abbasovu dəstəklədi – Azərbaycanı HƏDƏLƏYƏN BƏYANAT

03/03/2019 - 22:50 4 096 0   0  

 Turan.az-a istinadən xəbər verilir ki, Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram Hümbətov "Talış Milli Hərəkatının bəyanatı" adlı məktub yayıb. Sənədin altında onun öz imzasından başqa imza yoxdur. Ə.Hümbətovun məktubu Yerevanın Lragir.am saytında dərc edilib. Məlum olduğu kimi, Ermənistan Azərbaycanda istənilən etnik separatizmi dəstəkləyir və onu qızışdırmağa çalışır. Martın 1-də Bakıya ekstradisiya edilmiş Fəxrəddin Abbasov (Aboszoda) (Ə.Hümbətovun keçmiş müavini) Yerevanda konfransda olarkən Azərbaycan əleyhinə bəyanatlar yayıb.
Ə.Hümbətov Rusiyanı F.Abbasovu Azərbaycana verməkdə ittiham etməyə qorxur, odur ki, F.Abbasovun Kolomna şəhərində istintaq təcridxanasından oğurlanması versiyasını düşünür. "Görünür, Azərbaycanın xüsusi xidməti Rusiya güc qurumlarının dəstəyilə talış siyasətçini Rusiyanın penitensiar müəssisəsindən oğurlayıb. Bu, görünməmiş qanunsuzluq halı və həm Rusiya, həm də Azərbaycan tərəfdən vəzifəli şəxslərin cinayətkar sövdələşməsidir. F.Abbasovun oğurlandığını deyən Ə.Hümbətov bildirib: "Onun təhvil verilməsi ancaq Rusiya hakimiyyətinin laqeydliyi, ya da tam təqdiri şəraitində baş verə bilər".
İstintaq altında olan şəxsi Rusiya hakimiyyətinin təqdiri ilə təcridxanadan necə oğurlamaq olar?
Ə.Hümbətov Rusiyanın olmayan talış separatçı hərəkatı dəstəkləməsi nəzəriyyəsini uydurub, belə ki, bildirir ki, "Fəxrəddin Aboszodanın verilməsi (buna hər hansı hüquqi əsas olmadan) təkcə Rusiyanın dostu Fəxrəddin Aboszodaya yox, həm də bütün talış xalqına xəyanətdir".
Məlum olduğu kimi, Rusiya Federasiyası talış xalqı ilə dəstəklə bağlı saziş və müqavilə imzalamayıb, F.Abbasovu isə siyasi xadim hesab etmir. F.Abbasov bu ölkədə qanuni qalma müddəti bitdiyinə görə saxlanılıb.
V.Putin F.Abbasovu "öz adamı" adlandırmayıb. Belə olan halda Ə.Hümbətovun məktubunda növbəti keçid haradan qaynaqlanır? "Ən azı güc dövləti dostları dəyişməməlidir, ya da Rusiyada, əsasən Kremldə deyildiyi kimi, xırda siyasi intriqalara, bu və ya digər məmurların tamahkar maraqlarına görə "özününküləri təslim etməməlidir".
F.Abbasovun qanunla Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi Rusiyanın Azərbaycana qarşı çıxan etnik separatçıları hər hansı şəkildə dəstəkləmək istəmədiyini göstərir. Bu akt Azərbaycan-Rusiya münasibətlərinin hüquq-mühafizə strukturları arasında yeni əməkdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.
Lakin Ə.Hümbətov rusiyalı siyasətçilərin şüuruna əks mənzərəni yeritməyə çalışır: "Rusiyanın Əliyev rejiminə sərf etməyən siyasətçini təhvil verməsi - bəzi uzaqgörməyən rusiyalı siyasətçilərin gözləntilərinə zidd olaraq- təkcə ikitərəfli əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün təkan olmayacaq, həm də Bakının antirusiya siyasətini daha möhkəmləndirəcək. Çünki məhz Fəxrəddin Aboszoda öz yazıları ilə Əliyev rejiminin Rusiya əleyhinə addımlarının qarşısını alıb, onun bu ölkədəki əsl aqressiv məqsədlərini açıqlayıb".
Əgər prezident Vladimir Putin rəsmi Moskva və Bakı arasında ziddiyyətin olmadığını dəfələrlə bəyan edibsə, Ə.Hümbətov İ.Əliyevin Rusiya əleyhinə hansı addımlarından danışır? Azərbaycanda müxalifət İ.Əliyevi Moskvanın kaprizlərinə dözümlü yanaşmaqda ittiham edir, odur ki, Ə.Hümbətovun bu fikrinin reallıqla heç bir əlaqəsi yoxdur.
Ə.Hümbətovun Yerevanda dərc edilən müraciəti onun "vizit kartı"nı təqdim etməsilə bitir: "Ələkrəm Hümmətzoda (Hümmətov), Talış-Muğan Muxtar Respublikasının prezidenti, Talış Milli Hərəkatının sədri.
Xatırladaq ki, "Talış-Muğan Muxtar Respublikası" adlı qanunsuz qurum 1993-cü ildə Azərbaycanda 2 ay mövcud olub və yerli əhalinin dəstəyini almadan ləğv edilib.
Azərbaycan Respublikasının tərkibində qondarma muxtar respublika 1993-cü ilin iyununda ölkənin cənubunda qərargahı Lənkəranda yerləşən hərbi briqadanın nəzarət etdiyi yeddi rayonun ərazisində yaradılıb. 1993-cü ilin avqustunda faktiki olaraq öz mövcudluğunu dayandırıb.