Lavrova Moskvada çıxış etməyə imkan vermədilər

03/12/2018 - 23:24 7 528 0   0  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Beynəlxalq könüllülər forumunda çıxış edərkən gözlənilməz hadisə baş verib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, nazir çıxış edərkən mikrofon qəflətən sönüb.

Təşkilatçılar nasazlığı aradan qaldırmağa çalışsalar da, bu, mümkün olmayıb.

Ardınca işıq sönüb və bu problem də həll edilməyib. Nəticədə Lavrov səhnəni tərk etməli olub.