Lavrov belaruslu həmkarı ilə danışıqlar aparacaq -MOSKVADA

31/08/2020 - 23:08 5 514 0   0  

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 2-də Moskvada belaruslu həmkarı Vladimir Makey ilə görüşəcək.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Sentyabrın 2-də Moskvada Rusiya və Belarusun xarici işlər orqanlarının rəhbərləri arasında danışıqlar gözlənilir", - deyə M.Zaxarova bildirib.