Kürdəmirdə maşın kanala düşdü - VİDEO

26/11/2018 - 20:12 460 0   0  

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report)