Kürdəmirdə ev yandı - sahibəsi öldü

29/11/2018 - 19:36 2 053 0   0  

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.