Kürdəmirdə ağır qəza: 4 nəfər yaralandı

26/01/2019 - 10:06 2 518 0   0  

Kürdəmir rayonunda yol qəzası baş verib.

Suveren.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Report.az)