Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi

18/01/2019 - 11:05 9 196 0   0  

Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. 
Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.
Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: “Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.
Xatırladaq ki, ötən gün güclü külək nəticəsində “Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.