Kremlin protokol xidməti Paşinyan haqqında "unutdu"

10/06/2020 - 14:50 7 339 0   2  

İyunun 1-də erməni baş naziri Nikol Paşinyan 45 yaşını qeyd etdi. Elə həmin gün Paşinyan üzündə təbəssümlə abunəçilərinə bütün ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu və karantinə getdilərini söylədi. Paşinyanovlar ailəsindəki xəstəlik simptomsuz keçir ki, bu da baş nazirin yaxşı əhval-ruhiyyədə olduğuna görə dərhal xəstəliyin "saxta" olduğu barədə müxtəlif söz-söhbətlərə səbəb oldu.
Bununla birlikdə, Nikol Paşinyanın doğum günü hekayəsində başqa bir detal diqqət çəkir. Məlumdur ki, Nikol Paşinyanın 45 illiyi münasibətilə Rusiya prezidenti Vladimir Putin ona təbrik teleqramı göndərdi. Onun mətni Ermənistan hökuməti başçısının rəsmi saytında yerləşdirilib.


Bununla yanaşı, 8 iyun tarixindən etibarən bu teleqram hələ Kremlin rəsmi saytında yayımlanmamışdır. Belə ki, məsələn, 1 iyun tarixindən etibarən prezidentin veb saytında onun məşhur sovet və rus xizəkçisi Larisa Lazutinaya, həmçinin Rusiyanın xalq artisti Evgeniya Simonovaya teleqramını tapa bilərsiniz. İyunun 5-də Putin sinxron üzgüçülük üzrə Rusiyanın baş məşqçisi Tatyana Pokrovskayaya təbrik teleqramı göndərdi. Lakin Rusiya tərəfindən eyni gündə indiki və keçmiş dövlət başçılarına müntəzəm olaraq teleqramlar göndərilsə də, Ermənistanın baş nazirinə məktub dərc etməyib. Məsələn, prezident İlham Əliyevə təbriklər Kremlin saytında ötən il dekabrın 24-də günorta saatlarında dərc olundu və görüldü. Hətta Putinin Paşinyanın sevmədiyi - Ermənistanın sabiq prezidenti Robert Köçəryana ünvanladığı təbrik teleqramı da 31 avqustda Kremlin saytında yerləşdirildi.
Bu "anlaşılmazlıq" sözsüz ki, protokol komandasındakı qüsurla əlaqələndirilə bilərdi - lakin Kremlin protokol xidmətinin peşəkarlığına şübhə yoxdur. Orada "yenicə işə başlayan naşılar" oturmurlar, söhbət çoxəsrlik ənənələri olan institutdan gedir və Putin də prezidentliyinin birinci ilində deyil.
Əksinə, məsələ fərqlidir. Heç kimə sirr deyil ki, Kreml simvolizmi sevir - məsələn, Ərdoğanın Suriyadakı Rusiya-Türkiyə ziddiyyətlərinin son zamanlar kəskinləşməsi fonunda Moskvaya səfərini xatırlayın. O zaman Putin Türkiyə prezidenti ilə II Yekaterinanın heykəli və rusların türklər üzərində qazandığı qələbə şərəfinə saatın olduğu otaqda danışdı.
Beləliklə, Kreml Nikol Paşinyanla bağlı tövrü olduqca incədir, lakin açıq -aşkar görünür ki, daha diqqətli müşahidəçilər üçün bunu bir növ “səhlənkarlıq” nümayiş etdirir. Gah inadla Kremldə "Nikol Vovaeviç" əvəzinə "Nikolay Vladimiroviç" adlandıraraq və bununla da atasının "Vova" pasport adını rus "Vladimir" -ə çevirirlər. Gah 45 illik yubileyi münasibətilə təbrik teleqramı yayımlamağı unudurlar.
Yalnız bir güman qalır ki, bu cür siqnallar - Moskvanın İrəvandakı mövcud hakimiyyətlə siyasi yadlaşmasının gizlədilən əsl əlamətləridir.
Hazırda ölkədə çoxsaylı karantin rejimini pozanların fotolarını yayımlamağa qarışan erməni baş nazirin bu siqnalları tuta bilirmi - bax bu açıq qalmış sualdır.

"Gradator.ru"

Tərcümə etdi: Ülviyyə Şükürova