Körpələrinə “Adolf” adını qoyan cütlük həbs olundu

19/12/2018 - 23:59 2 137 0   0  

İngiltərədə nasist lideri Adolf Hitlerə pərəstiş etdiklərinə görə körpələrinə “Adolf” adını qoyan cütlük terror təşkilatına üzv olmaq cinayətinə görə həbs edilib.

Suveren.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı Adam Tomasa 6,5 il, Klaudiya Patatasa isə 5 il həbs cəzası verilib. Ana və ata ilə yanaşı daha 4 nəfər həbs olunub.

Xatırladaq ki, məhkəmədə “irqçi” olduğunu qəbul edən Tomasla Klaudiyanın evində nasist bayraqları və simvolları tapılaraq götürülmüşdü.