Koronavirus pandemiyası kimin strateji maraqlarına yaradı?

22/06/2020 - 18:07 5 641 0   0  

Böyük Britaniyanın diplomatik idarəsinin rəhbəri bəyanatla çıxış edərək bildirib ki, bir sıra dövlətlər, o cümlədən kəşfiyyat təşkilatları koronavirus epidemiyasınının yaratdığı vəziyyətdən öz məqsədləri üçün istifadə edirlər. Birləşmiş krallığın XİN naziri Dominik Raab qeyd edib ki, pandemiya mövzusundan öz məqsədləri üçün yararlanmağa çalışan dövlətlər arasında Rusiya və ÇXR də var. “The İndependent”in verdiyi informasiyaya görə Dominik Raab “Sky News” kanalına verdiyi müsahibədə “Rusiyanın Britaniya hökumətinin koronavirusla mübarizəsinə müdaxilə edib-etmədiyi barədə suala cavab verərkən, bildirib ki, o birmənalı olaraq belə cəhdlərin olduğuna əmindir: Raab qeyd edib ki, şübhə etmir ki, pandemiya mövzusu təhlükə ilə bərabər, bir çox dövlətlərin istifadə etdiyi informasiya və kiber hücumlarda “bir sıra imkanlar” yaradıb. Söhbət xaricdən ölkə daxilinə edilən kiber hücumlar barədə düşdükdə isə, Raab bildirib ki, müxtəlif hökumət və kəşfiyyat qurumları müxtəlif dövlət idarələrinə “diversiya xarakterli” hücumlar həyata keçirirlər, lakin konkret ad çəkməyib. Rusiyaya gəliincə isə, diplomat bildirib ki, Rusiya əlbəttə Covid-19 ilə bağlı situasiyanı izləyir və onu öz məqsədləri üçün istifadə etməyə çalışır: “Böyük Britaniyanın mühafizəkar hökumət kabineti amerika hökuməti ilə birgə koronavirusun “çin mənşəli” olduğunu və onun “çin laboratoriyalarının dərinliklərində süni yolla meydana gətirildiyini” araşdırır”. Yeri gəlmişkən, “Böyük Yeddilik” ölkələri bəyanatla çıxış edərək, ÇXR-i Honqkonqun “milli təhlükəsizliyi” haqda qanunu ləğv etməyə çağırıblar.  

"inosmi.ru"

Tərcümə etdi: Ülviyyə Şükürova