Konqoda təyyarə qəzası - 3 ÖLÜ

21/12/2018 - 23:34 1 591 0   0  

Konqo Demokratik Respublikasında An-26 təyyarəsi qəzaya uğrayıb.

Suveren.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 3 rusiyalı pilot həlak olub. Bu barədə Rusiyanın Konqodakı səfiri Aleksey Sentebov bildirib:

“Təəssüf ki, ölən 3 nəfər Rusiya vətəndaşıdır. Hazırda onların qohumları ilə əlaqə yaratmaq üçün şəxsiyyətləri müəyyənləşdirilir”.

Qeyd edək ki, təyyarənin göyərtəsində 23 nəfər olub. Təyyarə dekabrın 30-da keçiriləcək prezident, parlament və bələdiyyə seçkiləri üçün avadanlıq daşıyırmış.