Konor yenidən döyüşlərə qayıtmaq fikrindədir

19/01/2019 - 22:00 6 703 0   0  

UFC rəhbəri Deyna Uayt irlandiyalı Konor Makqreqorun çempionluq kəməri ilə əlaqədar istəklərindən danışıb.

Suveren.az oxu.az-a istinadən xəbər verir ki, onun fikirlərini “MMA Junkie” yayımlayıb. 

“Konor daima bizimlə əlaqədədir. O, qayıtmaq və yenidən çempion olmaq ideyasından danışır”, - D.Uayt bildirib.

O, əlavə edib ki, hazırda yüngül çəkidə çempion rusiyalı Həbib Nurməhəmmədov hesab edilmir. 

“Konor istənilən şəxslə döyüşməyə hazırdır”, - UFC rəhbəri qeyd edib.