Kəlbəcərin kəndlərində çoxuşaqlı ermənilər üçün belə evlər tikildi-FOTOLAR

29/03/2019 - 13:10 6 484 0   0  
Azərbaycan torpaqlarında qondarılmış separatçı terrorçu rejim rəsmi Bakının dəfələrlə verdiyi bəyanatlara rəğmən Ermənistanın, Rusiya və Qərbin( o cümlədən ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin) dəstəyi ilə qanunsuz məskunlaşdırmanı davam etdirir.
Xəbərə görə  Xankəndindəki nəşrlərin verdiyi məlumata görə, işğal altındakı Kəlbəcər rayonunun kəndlərində  çoxuşaqlı ailələr üçün yeni evlər tikilməkdədir.  Çaykənd (“Verinşen”), Sınıqkilsə(“Nor Manaşid”), Bağlıpəyə(“Nor Erkec”), Yeni Xarxaput (“Nor Xarxaput”), Umudlu(“Aknaberd”), Çərəkdar(“Çarektar”) və digər kəndlərdə aparılan tikintilərin, demək olar ki, 80 faizi başa çatdırılıb. Separatçı rejim öz  “büdcəsi” hesabına  2000-2018-ci illərdə yalnız 49  belə ev tikə bilib.