Kəlbəcərdə avtomobil dərəyə aşıb – 3 erməni ölüb, 1-i yaralanıb

21/01/2019 - 11:41 2 677 0   0  

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda baş verən avtomobil qəzası nəticəsində 3 erməni ölüb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb
Ermənistanın Vayotsdzor vilayətinin Qladzor kəndinin O.Q. adlı sakinin idarə etdiyi “Niva” markalı avtomobil Kəlbəcərdə dərəyə aşıb. Nəticədə sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.