"Kiyevə hücumda İran istehsalı olan kamikadze dronlar da istifadə edilir" - ZELENSKİ / VİDEO

10/10/2022 - 14:24 2 247 0   0  

"Səhər ağır başlayıb. Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket, İran dronları. Rusların iki hədəfi var: enerji obyektləri və mülki insanlar. Onlar çaxnaşma və xaos axtarır, enerji sistemimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər. İkinci hədəf insanlardır".

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində bu barədə bildirib.

"Daha çox zərər vermək üçün bilərəkdən belə bir zaman və məqsəd seçiblər. Bu gün sığınacaqlarda olun, təhlükəsizlik qaydalarına əməl edin və yadda saxlayın: Ukrayna bu düşməndən əvvəl də var idi, sonra da olacaq!”, - deyə prezident vurğulayıb.