Kerçdə saxlanmış Ukrayna gəmisinin komandiri tərcüməçi tələb edib – Məhkəmədə

30/11/2018 - 09:29 2 701 0   0  

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kerç boğazında saxlanmış Ukraynanın «Yanı Kapu» yedək gəmisinin komandiri Oleq Melniçuk Simfreropolun Kiyev rayon məhkəməsinin iclasında tərcüməçi tələb edib.

Bu barədə onun vəkili Edem Semedlyayev xəbər verib («Qordon»).

«O, tərcüməçi tələb etmək hüququndan istifadə edib və bildirib ki, rusca tam anlamır. Ona ruscadan Ukrayna, Ukrayna dilindən rus dilinə tərcüməçi veriblər» – vəkil bildirib.

Vəkilin sölərinə görə, Melniçuk həm də məhkəmədə bəyan edib ki, özünü günahkar hesab etmir və günahsızlığını sübut etməyə hazırdır.

Xəbər verildiyi kimi, Ukraynanın 3 hərbi gəmisi 24 nəfərlik ekipajı ilə birlikdə noyabrın 25-də guya, «Rusiya sərhədini pozduğuna görə» Kerç boğazında saxlanıb. Məhkəmə dənizçilərin hamısını yanvarın 25-ə kimi həbs edib.