Keçmiş hakim məhkəmə zalında saxlanıldı

28/01/2019 - 19:18 2 242 0   0  

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə ittiham olunan Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Suveren.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttihama əsasən, T.Zeynalov Asif Bağırovun etibarından sui-istifadə edərək, ondan 20 min manat pul alıb.

Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.