Əkbər Hacıyevə ŞOK İTTİHAMLAR - Keçmiş rəsi ilginc faktları açıqladı

10/01/2019 - 16:49 2 626 0   0  

““Azəriqaz” peşəkar ixtisas sahiblərini işdən kənarlaşdırır, yerinə gənc, bu sahəni bilməyən adamları işə götürür. İstehsalat Birliyində və regional qaz idarələrində müxtəlif vəzifələrdə çalışanların əksəriyyəti müəllim, həkim və ya ali təhsili olmayan şəxslərdir”.

Belə giley-güzarla Salyan Regional Qaz İdarəsinin keçmiş rəisi Xəyyam Rzayev çıxış edir.

Virtualaz.org-a müraciət edən Rzayev bildirib ki, o da 2015-ci ilin avqustunda “Azəriqaz” rəhbərliyinin göstərişi ilə ərizə yazaraq işdən çıxmağa məcbur olub. 3 ildir qaz sahəsində bütün qapılar üzünə bağlanıb, işə qəbulla bağlı keçirilən müsabiqələrdə ilkin mərhələni keçsə də, sonrakı mərhələdə uduzur.

“2011-ci ildə Salyan rayon qaz idarəsinə rəis təyin olunanda qaz itkisi 65 faiz idisə, sonradan 10 faizə düşdü, yığım isə 100 faizdən yuxarı oldu. Buna görə də 7 rayona xidmət edən regional quruma rəis təyin edildim. 1 il regional qaz idarəsinin rəhbəri oldum”, -Xəyyam Rzayev belə deyir.

Şikayətçinin sözlərinə görə, işdən çıxmadan 1 ay əvvəl Hacıqabul rayon qaz idarəsində yoxlama aparılmasına qərar verib. Yoxlama aparılarkən təlimata uyğun olmadan iri istixanalara 80 min manat dəyərində qaz xətti çəkildiyi aşkarlanıb. Amma yoxlamanın aparılması Əkbər Hacıyevin xoşuna gəlməyib, zəng vuraraq iradını bildirib.

Əkbər Hacıyevə ŞOK İTTİHAMLAR

“Dedi ki, nəyə görə özbaşıma yoxlama aparmışam, irad bildirdi. Bundan bir qədər sonra rayonlardan birində tədbir zamanı Dövlət Neft Şirkətinin rəhbər şəxslərinə regional idarənin nəticələri ilə bağlı hesabat verdim, bu da Hacıyevin xoşuna gəlmədi”, -keçmiş rəis deyib.

X.Rzayev əlavə edir ki, nəticələrinə görə onu Bakıya daha yüksək vəzifəyə təyin edəcəklərmiş. Hacıyevin keçmiş müavini Qamət Məmmədov da bundan xəbər tutub və onun işdən çıxarılması üçün tələ qurub: “Qamət Məmmədov dəfələrlə mənə təlimatdan kənar işlər tapşırıb. Bu barədə Hacıyevə məlumat verdim, dedi ki, Qamət Məmmədov onun sözlərini çatdırır. Qamət Məmmədov işdə yol verdiyi nöqsanlarına görə məzuniyyətdən geri çağrılaraq işdən çıxarıldı”.

Rzayevə işdən çıxandan sonra yaxşı işçi olduğuna dair xasiyyətnamə verilib. Şikayətçi deyir ki, pis işçi idisə, nəyə görə belə xasiyyətnamə təqdim edilib? Yaxud qaz üzrə mütəxəssisləri müəllim, baytar, yaxud heç bir təhsili olmayan insanlara həvalə etməklə Hacıyev nəyə nail olmaq istəyir?

“Yeganə istəyim odur ki, şirkətin rəhbər işçilərindən biri məni qəbul edib dinləsin. Mənim işlədiyim dövrdə nəticələrimi araşdıra bilərlər. Həmçinin peşəkarlığımı yoxlaya bilərlər, mən qaz itkilərindən tutmuş bu sahədəki ən xırda nöqsanlara qədər səbəblərini söyləyə bilərəm. Qeyri-peşəkarlar bu sahədən uzaqlaşdırılmalıdır”, -keçmiş rəis bildirir.

İbrahim Kərbalayev

Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə virtualaz.org-a bildirib ki, nə birlikdə, nə də ona tabe idarələrdə qeyri-peşəkarların işə cəlb edilməsi mümkün deyil. İşə götürülən əməkdaşların peşəkarlığına nəzarət edilir.

“Sadəcə digər təşkilatlar kimi burda da nöqsanlara yol verənlər işdən kənarlaşdırılır. Rzayevə və ya işdən çıxarılan digər əməkdaşlara hansısa qərəzlə bağlı iddianın əsası yoxdur”,-Kərbalayev belə deyib.