Kəbənin örtüyü Mesut Özilə hədiyyə edildi

04/01/2019 - 15:11 9 505 0   0  

Türk əsilli alman futbolçu Mesut Özil sosial media hesabında ona hədiyyə verilən müqəddəs örtüyün fotosunu paylaşıb

Futbolçu bunun Kəbə örtüyü olduğunu bildirib.
Hazırda “Arsenal” forması geyinən təcrübəli futbolçu fotonun şərh bölməsinə “Kəbəni örtən bu qiymətli parçaya sahib olmaq çox qürurvercidir.
Bu qiymətsiz hədiyyəni aldığım üçün həmd olsun”, sözlərini yazıb. (publika.az)