Karl Marksın məzarı dağıdılıb

05/02/2019 - 21:29 2 140 0   0  

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarı dağıdılıb.

Naməlum şəxslər Marksın başdaşını çəkiclə qırıb, məzarın üzərindəki yazıları siliblər.

Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir.(teleqraf)