Karasindən İrəvana “kişilik dərsi” - Cavabını xanım diplomat verdi

19/12/2018 - 16:44 1 048 1   0  

"Ermənistan bir dövlətlə münasibətlərini digərlərinin ziyanına qurmur" 

Suveren.az Azvision.az-a istinaden xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin bəyanatına cavab olaraq bildirib. 
“Biz artıq neçənci dəfədir vurğulayırıq ki, Ermənistan başqa ölkələrlə münasibətlərini suveren bərabərlik prinsipi üzərində qurur. Biz bir dövlətlə əlaqələrimizi digər ölkələrlə münasibətlərimizin ziyanına qurmuruq. Bu mövqe gələcəkdə də bizim xarici siyasətimizin əsasını təşkil edəcək”, - deyə Naqdalyan Moskvaya xatırladıb.
Qeyd edək ki, bu gün “RİA Novosti”yə açıqlamasında Karasin ümid edib ki, “Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və şantajlara müqavimət göstərməyə kişiliyi çatacaq”. Çünki Karasinin fikrincə, bu il Ermənistanda baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun Ermənistanın daxili və xarici işlərinə qarışması getdikcə daha həyasız forma alır.