Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

31/10/2018 - 00:09 6 484 0   0  

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Həbib Nurməhəmmədovla amerikalı boksçu Floyd Meyvezer arasında döyüşü təşkil edə biləcəyini bəyan edib.

O, döyüşün Çeçenistanda təşkil edilməsinin şərtini açıqlayıb.

Kadırov bildirib ki, bunun üçün idmançılar arasında müvafiq razılaşma əldə olunmalıdır.

“Əgər Həbiblə Floyd döyüşlə bağlı razılıq əldə etsələr, onlara Qroznıda belə bir imkan yaradacağıq. Döyüşü yüksək səviyyədə təşkil edəcəyik”, - deyə o vurğulayıb.