İTC Millət Şurası Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Türk xalqına başsağlığı verdi

31/10/2020 - 12:04 409 0   0  

Türkiyənin İzmir şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan təlafatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allahdan yaralılara tezliklə şəfa tapmasını diləyirik. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun! 

İrəvan Türk Cümhuriyyəti Millət Şurası