İtaliyada işsizlik müavinəti 750 avro olaraq müəyyənləşdirilib

28/01/2019 - 23:45 8 650 1   0  

İtaliya hökuməti əhalinin sosial təminatı haqqında yeni qanunu təsdiqləyib. Yeni qanun özəl sektor üçün apreldə, dövlət strukturları üçün avqustda qüvvəyə minəcək.

Suveren.az RTVi-yə istinadən xəbər verir ki, bundan sonra İtaliyada pensiya yaşı “100 kvotası” qaydası üzrə hesablanacaq. Yəni pensiya yaşı ilə əmək stajının cəmi 100 olmalıdır. Tutaq ki, əmək stajı 38 il olan şəxs 62 yaşında pensiyaya çıxa bilər. Yaş artdıqca əmək stajı tələbi də, müvafiq olaraq, azalır.

Hazırda İtaliyada pensiya yaşı 67-dir. Bu qayda 2011-ci ildə maliyyə böhranı ilə əlaqədar tətbiq edilmişdi. Hökumət hesab edir ki, insanlar pensiyaya nə qədər tez çıxsalar, işsizlər üçün bir o qədər çox iş yeri açılar.

Yeri gəlmişkən, yeni qanuna əsasən, işsizlik müavinətinin minimal həddi bir nəfər üçün 780, ailə üçün 1032 avro müəyyən edilib. Lakin bu halda işsizlər ixtisasdəyişmə kursları keçməli və ölkənin istənilən nöqtəsində mövcud vakansiya ilə razılaşmalıdırlar. Şəxsi evi olan işsizlər üçün müavinəıtin məbləği daha az olacaq.