İtaliyada dağıdıcı fırtına: 6 region üçün təhlükə... - Foto

29/10/2018 - 23:08 3 835 0   0  

İtaliyada dağıdıcı fırtına, aramsız leysan yağışları və tufan səbəbi ilə ölkənin altı bölgəsində qırmızı həyəcan elan edilib.

Təhlükənin maksimum səviyyədə olduğu Lombardiya, Veneto, Friuli – Venesiya – Culiya, Liquriya, Trentino – Alto-Adidce və Abruçço əyalətlərində küləyin sürəti bəzən saatda 100 kilometrə çatıb.

Ekstremal hava şəraitinə görə bazar ertəsi Roma da daxil olmaqla, bir çox şəhərlərdə məktəblər bağlanıb. Əlverişsiz hava şəraiti ölkədə hökm sürməkdədir.