İsveçrədə “Allahu-Əkbər” qışqırışı... - Müasir və maraqlı hekayələr

19/01/2019 - 00:00 1 666 0   1  

8 milyon əhalisi olan bu ölkə divlərin arasına düşmüş Cırtdana bənzəyir. 80 milyonluq Almaniya, 60 milyonluq Fransa, 50 milyonluq İtaliya və 10 milyonluq Avstriyanın arasında yerləşən bu balaca dövlət Avropanın Qərbi ilə Şərqi arasında mübadilə mərkəzidir.

Təsadüfi deyil ki, Avropada ən mükəmməl dəmiryol qovşağı İsveçrəyə məxsusdur. Nəqliyyatın az qala bütün növləri üzrə Avropada ən öndə gedən ölkə də İsveçrədir.

Bir misal deyim. Düşünün ki, təkcə Surix şəhərindəki hava limanından ötən il 30 milyon sərnişin keçib...

Ä°lgili resim

Əlbəttə, bunlar statistikadır. Mən isə sizə daha çox İsveçrədə baş verən qəribə hadisələrdən söhbət açamaq istərdim. Elə bugünlərdə belə hadisələrdən biri haqqında yazmışdım. İspaniyadan gələn 2 qadın və 1 kişi dünyaca ünlü UBC Bankından xeyli pul götürüb. Açıqlanmayan səbəbdən 500 avroluq əskinasları tualetin unitazına töküblər. Nəticədə kanalizasiya xətti qapanıb. Aşbazla xadimə tıxacı aradan qaldırıb və polis çağırıb. Polis səbəbkarları müəyyən edib. İspanlar unitaz vasitəsilə kanalizasiyadan axıtmaq istədikləri 100 mindən artıq avrodan imtina etdiklərini rəsmən bildiriblər. Bununla da istintaq işə xitam verib. İsveçrə qanunlarına görə, təmizlik üzrə xadimə və aşpaz ortada olan pulun dörddə birini almaq haqqına sahibdir. Bu isə 26 min avro deməkdir...

para klozet ile ilgili görsel sonucu

“4 yaşlı oğlan anasının yatmasından istifadə edərək onun avtomobilini qaçırıb”, xəbəri isə İsveçrədə çoxlarını heyrətdə buraxdı. Maşının açarlarını götürən uşaq avtomobili rahat işə salıb və yarım kilometrədək məsafəni qət edib. Yol boyu o, üç döngədən keçib, sonda maşını yük maşınına çırpıb.

İsveçrədə bişirilmiş xüsusi çörək isə başqa bir aləmdir. İsveçrəli alimlər elə bir çörək icad ediblər ki, gəl-görəsən. Çörəyə qatılan xoşbəxtlik hormonları insanları məmnun edir. Bu çörəkdən yeyən hər kəs özünü bəxtəvər sayır...

Ä°lgili resim

Bu hadisə isə xüsusi ilə maraqlıdır. 22 yaşlı türk əsilli isveçrəli olan Orxan E. yerli polisi diskriminasiyaya görə ittiham edir.
“The Local” yazır ki, ötən ilin mayında Orxan yükdaşıma qatarlarının cəmləşdiyi stansiyada təsadüfən öz dostunu görür. Sevincindən o, “Allahu-Əkbər” qışqıraraq dostuna tərəf qaçır. Onlar qucaqlaşırlar və türkcə söhbət edirlər. Bu zaman polislər yaxınlaşır. Ancaq polislər həmin vaxt o ərazidə xidmətdə olmalı deyildilər. Buna baxmayaraq, onlar tərəfindən hadisə yerinə əlavə polis briqadası çağrılır. Orxana 210 fr. cərimə yazırlar. Gənc türk yerli polisə izah etməyə çalışır ki, “Allahu-Əkbər” qışqırmaqda pis niyyəti olmayıb. Sadəcə, dostunu qəfil görməyin sevincini bu sözlərlə ifadə edib. Polis isə Orxana bildirib ki, o, mütləq cəriməni ödəməlidir. Əks təqdirdə, o, həbs olunacaq. Orxan həbs olunmaqdan çəkinərək cəriməni ödəyib.

Ötən il isə eyni səbəbdən belə bir hadisə baş verib. İsveçrə sərhəd xidmətində çalışan hərbçi “Allahu-Əkbər” qışqıran başqa bir gəncin sifətinə zərbə endirib.

Orxan bildirir ki, müsəlman gənclər arasında “Allahu-Əkbər” çağırışı çox yayılıb. Bəzən hər iki cümlədən bir “Allahu-Əkbər” ifadəsi səslənir. Ancaq müsəlmanlar bu ifadəni öz sevinc və təəssüfünü ifadə etmək üçün istifadə edir: “İsveçrədə doğulmuşam, burada boya-başa çatmışam. Biz azad ölkədə yaşayırıq. Bizim istədiyimiz dinə tapınmaq haqqımız var. Polis özbaşınalığı yolverilməzdir”.

Orxan onu da vurğulayıb ki, cihada qoşulmuş bəzi gənclər terror aktları keçirəndə “Allahu-Əkbər” deyə bağırır. Ancaq bu, heç də o demək deyil ki, “Allahu-Əkbər”, deyən hər kəs terror törətmək fikrindədir...

İsveçrə polisi isə təkid edir ki, onlar Orxanı haqlı olaraq cərimə ediblər. Polis deyir ki, Orxan “Allahu-Əkbər” qışqırmaqla ətrafdakı insanları “qorxudub və onlarda şok yaradıb”.

Aniden 'Allahu ekber’ diye bağıran kişi polisi kuşkulandırdı, para cezası kesildi

Türk əsilli isveçrəli Orxan E.

Şəhərin polis şefi isə deyib ki, “Allahu-Əkbər” deməkdə kriminal bir şey yoxdur. Amma bu ifadənin deyim forması problem yaradıb: “Düşünün ki, kimsə bağıra-bağıra küçə ilə qaçır. Əlbəttə, belə olduqda polislər həmin adamı saxlamalıdır. Çünki o, ictimai asayişi pozur”...

Ötən ilin sonlarında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın çıxışı zamanı kütlə içindən bir nəfər "Allahu-Əkbər" deyərək qışqırdı. Prezident qorxu hissini gizlədə bilmədi. Həmin anları əks etdirən video-görüntü sosial şəbəkələrdə tufan qopardı...

"Yatmışdım. Qəflətən "Allahu əkbər!" sözlərini eşidəndə çox qorxdum. Elə bildim terrorçular təyyarəni ələ keçiriblər. Sonra sakitləşdik. Sən demə, təyyarədə terrorçular yoxmuş".

2016-cı ildə Əbu-Dabidən Filippinin paytaxtı Manilaya uçan təyyarədə sərnişinlərdən birinin davranışı digər sərnişinləri qorxudub. O vaxt əynində əba olan sərnişin namaz vaxtı çatanda ayağa durub və "Allahu-Əkbər!" deyərək namaza başlayıb. Stüardessalar heç bir problem olmadığını anlayandan sonra sərnişinləri sakitləşdiriblər...

Azərbaycanda da belə şeylər olub. Məsələn, 2014-cü ildə Bakı-Gəncə avtobusunda bir saqqalı kişi “Allahu-Əkbər” qışqırıb. Sərnişinlər qorxuya düşüb. Sərnişinlərdən biri polisə xəbər verib, saqqalı vaxt itirmədən avtobusdan düşərək qaçıb...

Musavat.com