İstanbulda "Sputnik Türkiyə"nin baş redaktoru həbs olundu - RUSİYA XİN HAKİMİYYƏTİ VƏZİYYƏTƏ MÜDAXİLƏ ETMƏYƏ ÇAĞIRDI

01/03/2020 - 17:53 8 059 0   0  

"Sputnik Türkiyə" agentliyinin baş redaktoru Mahir Boztəpə İstanbulda saxlanılıb.
Hurriyyet.org
 "RİA Novosti"yə istinadən xəbər verir ki, baş redaktor əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilib, daha sonra təhlükəsizlik idarəsinə aparılıb.
M.Boztəpənin sözlərinə görə, polis əməkdaşları onu saxlayarkən çox nəzakətli davranıblar və heç bir halda güc tətbiq olunmayıb.
"Polis İstanbuldakı ofisimizə gəldi. Daha bir əməkdaşımız saxlanıldı. Dünəndən 3 nəfər əməkdaşımız Ankara polisində saxlanılır. Türkiyə, bu nədir???" - "Rossiya Segodnya" TV və RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyan bu haqda sosial şəbəkədə statuts paylaşıb.
Xatırladaq ki, bundan əvvəl Simonyan, fevralın 29-da axşam saatlarında naməlum şəxslərin "Sputnik Türkiyə" əməkdaşlarının Ankaradakı mənzillərinə girməyə çalışdıqlarını bildirmişdi. O iddia etmişdi ki, həmin şəxslər millətçi şüarlar səsləndirib, jurnalistləri təhqir və təhdid edərək, qapıları zor gücünə açmaq istəyiblər. İddia olunur ki, bu şəxslər ərazidən qaçıb getdikdən sonra evlərinə basqın oldunduğu iddia edilən jurnalistlər polisə idarəsinə gediblər. Sonradan məlum olub ki, onlar dindirildikdən sonra prokurorluq tərəfindən saxlanılıblar.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Türkiyə hakimiyyətini vəziyyətə müdaxilə etməyə və hadisənin bütün şərtlərinin aydınlaşdırılmasına kömək etməyə çağırıb. 
Xatırladaq ki, fevralın 28-nə keçən gecə Rusiyanın İstanbuldakı Baş Konsulluğunun binası önündə Suriyanın İdlib əyalətində türk ordusunun mövqelərinə xain hücumla bağlı aksiya keçirilib. Rusiya mediası yazır ki, etirazçılar Moskvanı Suriyanın şimalında Türk əsgərlərinin ölümündə günahlandıran şüarlar səsləndiriblər.

Hurriyyet.org

P.S. Məlumat üçün bildirək ki, "Sputnik" agentliyi mövcud olduğu ölkələrdə informasiya agentliyindən daha çox, kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Təsadüfi deyil ki, bu səbəbdən də bir neçə il əvvəl bu agentliyin ABŞ-ın rəsmi dairələrinə girişi qadağan edilmişdi. 
O cümlədən, "Sputnik Azərbaycan"ın da ölkəmizdə oxşar fəaliyyətlə məşğul olduğu, hətta zaman-zaman məxfi materiallarımızı ermənilərə ötürdüyü haqda çoxsaylı faktlar mövcuddur. Hansı ki, bu haqda Hurriyyet.org saytından dəfələrlə materiallar dərc olunub.