İstanbula gələn turistlərin sayı 24 faiz artıb

02/02/2019 - 22:57 1 255 0   0  

İstanbul Mədəniyyət və Turizm Müdirliyi tərəfindən aparılan statistikaya əsasən, 2018-ci ildə İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib.

Hesablamalara görə, 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.

Bundan əlavə, şəhərin hava nəqliyyatında da 23,9 faiz artım müşahidə edilib.