İsrailin Hayfa portunu Çin şirkəti idarə edəcəksə… - ABŞ-dan ŞƏRT

17/12/2018 - 23:56 7 711 0   0  

ABŞ donanması 2021-ci ildə İsrailin Hayfa portunun Çin şirkəti tərəfindən idarə ediləcəyi təqdirdə, limandan geri çəkiləcəyini açıqlayıb.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, İsrail və Çinin Şanxay Beynəlxalq Limanlar Qrupu şirkəti arasında 2015-ci ildə müqavilə imzalanıb. Müqavilə üçün 2 milyon dollar investisiya yatıran Çin şirkəti Hayfa limanını 25 il idarə etmə hüququna sahibdir.

Bu liman İsrailin ən böyük dəniz limanı olduğuna və tez-tez ABŞ-İsrail təlimləri keçirdiyinə görə, ABŞ bu müqavilədən narahatlığını bildirib və İsraildən müqaviləni yenidən gözdən keçirməsini istəyib.