İsrailin 3 təyyarəsi Türkiyədə - HAVAYA QALXMALARINA İCAZƏ VERİLMƏDİ

11/04/2020 - 23:17 9 685 0   0  

İsrailə məxsus 3 təyyarə yeni tip koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimat almaq üçün Türkiyəyə gəlib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinə müraciət edərək bildirib: “Eyni ləvazimatlardan, eyni miqdarda birbaşa fələstinlilərə göndərmək istəyirik. Buna icazə verin”.

İsrail tərəfi təklifi qəbul etmədiyinə görə təyyarələrin havaya qalxmasına icazə verilməyib.

Məsələ ilə bağlı İsrail mediasında vurğulanıb ki, Türkiyə birbaşa Qəzzaya tibbi ləvazimat göndərmək istəsə də, İsrail rəhbərliyi bunu rədd edib: "Nəticədə təyyarələr İstanbulda qalıb. İsrail Türkiyədən tibbi ləvazimatlar almaqdan imtina edib”.

Bu arada məsələyə Fələstin tərəfi münasibət bildirib. “Yeni Akıt”ın məlumatına görə, Fələstinin müraciətində deyilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Allah razı olsun. Türkiyə və onun lideri Ərdoğan eyni zamanda bizim liderimizdir. Bizi fikirləşir, bizə tibbi ləvazimat göndərmək istəyir. Ancaq İsrail buna izn vermir”.