İsmayıllıda arvadını öldürən kişinin meyiti göldən tapıldı

25/01/2019 - 12:49 11 380 0   0  

İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub, sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb.
Suveren.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan 1954-cü il təvəllüdlü Axundova Əzizə Gülməmməd qızının meyiti evindən tapılmışdı.
İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 1944-cü il təvəllüdlü Axundov Hacıalı Qasım oğlu öldürüb. H.Axundov qətli törətdikdən sonra evdən gedib və istintaqdan yayınmışdı. Dünən isə kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündən tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədilə özünü gölə atıb. 
H.Axundov qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada qeyd edib:
“Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm”.