İŞİD son iki ayda Suriyada 700-dək insan qətlə yetirib

19/12/2018 - 19:25 5 011 0   1  

İŞİD terrorçu təşkilatı son iki ay ərzində Suriyanın Həcin şəhəri ətrafında - İraq sərhədi yaxınlığında nəzarət etdiyi kiçik ərazidə 700-dək insanı qətlə yetirib.

Suveren.az “Reuters”ə istinadla xəbər verir ki, Londonda yerləşən “İnsan hüquqlarına dair Suriya müşahidə mərkəzi” adlı qeyri-hökumət təşkilatının yaydığı məlumata görə, öldürülənlər İŞİD tərəfindən əsir saxlanılan 1350 nəfər dinc sakin və silahlılardır.

Bununla bağlı rəsmi məlumatların hələlik açıqlanmadığı bildirilir.