İşdən qovulan sabiq rektorun varidatı AÇIQLANDI - ŞOK SİYAHI

22/11/2018 - 22:27 700 0   0  

Suveren.az xəbər verir ki, azpolitika.info siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırova istinadən Abel Məhərrəmova aid olduğu iddia edilən mülk, villa və bahalı maşınların siyahısını yayıb.
Həmin siyahını təqdim edirik:
1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596).
3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi).
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) "Lamborghini”
2) "Bentley”
3) "Porsche Cayenne”
4) "Land Rover”
5) "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
6) "Audi Q7”
7) "Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) "Mercedes Gelendewagen” (qiyməti 250 min avro)
9) "BMW X6” (son model - qiyməti 200 min avro)
10) "BMW -760” (qiyməti 400 min avro)
Xatırladaq ki, bir müddət öncə Unikal.org sabiq rektora aid olduğu iddia edilən mülklərin siyahısını yaymışdı.