İrəvanın mərkəzində atışma: - Yaralı var

24/12/2018 - 11:32 8 995 0   0  

Dünən gecə İrəvanın mərkəzində atışma baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Atışmanın baş verdiyi evin yaxınlığından İrəvan polisi ərazidən 20 boş giliz tapılıb.
Şahidlərin dediyinə görə, bir nəfər ov tüfəngindən evə tərəf atəş açmağa başlayıb. Atəşi dayandırmağa çağıran bir nəfəri isə yaralayıb. Əgər polisin müdaxiləsi olmasaydı o, atəş açmağa davam edəcəkdi.