İrəvanda nümayişçilərlə polis arasında toqquşmalar baş verib, saxlanılanlar var - VİDEO

20/09/2023 - 22:41 1 791 0   2  

Ermənistanın paytaxtı İrəvanda Respublika meydanında mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atmağa başlayıb.

Suveren.az xəbər verir ki, yayım yerli xəbər portalları tərəfindən həyata keçirilir.

Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirirlər. Aksiyaçılar polisə və hökumət binasına yumurta, butulka və daş atmağa başlayıblar. Polis bir neçə nəfəri saxlayıb.

Əraziyə əlavə polis qüvvələri cəlb edib.