İrəvan Türk Cümhuriyyətində yeni təyinatlar...

26/09/2020 - 10:26 4 807 3   0  

İrəvan Türk Cümhuriyyətinin mətbuat xidmətinin məlumatı

20.09.2020-ci il tarixdən başlayan İrəvan Türk Cümhuriyyətinin dövlət strukturlarının təkmilləşdirilməsinə həsr edilən fövqəladə sessiyası dördüncü toplantısı ilə  başa çatmışdır.

Dörd gün davam edən sessiya dövründə

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sessiyasında parlamentə qədərki dövr üçün müvəqqəti strukturlar haqqında əsasnamə təsdiq edildikdən, eləcə də MŞ-nın tərkibi təsdiqləndikdən sonra

İTC Katibliyinin əsasnaməsi və tərkibi təsdiq edildi. Qələndər Muxtarlı İrəvan Türk Cümhuriyyəti Katibliyinin rəhbəri, Millət Şurası sədrinin müavini seçildi.

Irəvan Türk Cümhuriyyətinin Deportamentləri və onların rəhbərləri təyin edildi və Millət Şurasında təsdiq edildi. Paşa Həsənli  Dövlət Şurasının sədri, Millət Məcilisi Sədrinin müavini seçildi.

Təmsilçilər Məclisinin əsasnaməsi təsdiq edildi. Mülazim Paşa yekdilliklə Təmsilçilər Məclisinin başqanı seçildi. Irəvan Türk Cümhuriyyəti Millət Şurası Sədrinin müavini seçildi.

Prof.dok.Fərhad Turanlı İrəvan Türk Cümhuriyyəti Strateji Araşdırmalar Mərkəzinin Başqanı seçildi.

İrəvan Türk Cümhuriyyəti Ziyalılar birliyi təsis edildi. Seyfəddin Altaylı Birliyin sədri seçildi.

Daha sonra  İlham İsmayılov Millət Şurasının sədrinin ümumi işlər üzrə müavini seçildi.

Sessiyada Əsir və İtkin düşmüşlərlə iş üzrə  komissiya yaradıldı və Sahib Musayev komissiyanın sədri seçildi.

Müzakirə edilən məsələlər barədə Millət Şurasının Sədri Qafar Çaxmaqlı, Təmsilçilər Məclisinin başqanı Mülazim Paşa, Dövlət Şurasının sədri Paşa Həsənli, Katibliyin rəhbəri Qələndər Muxtarlı , MŞ-nın sədr müavini İlham İsmayılov, Millət Şurasının üzvüləri Abil Babaoğlu, Əli Mustafa, Məhluqə Qaramanlı, Sahib Musayev, Alı Alıyev, Şahlar Hacıyev və başqaları çıxış etdilər.

Fövqəladə sessiyanın sonuncu toplantısında Azərbaycan Respublikası və ətraf regionda baş verən hadisələrin ictimai siyasi təhlili aparılmış, yaranmış gərgin müharibə ab havasında Azərbaycan Respublikasının haqlı mövqeyi ilə həmrəylik nümayiş etdirilən çoxsaylı çıxışlar olunmuş və bəyanat qəbul edilmişdir.

İrəvan Türk Cümhuriyyəti bəyanatda son vaxtlar Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrin və təhdidlərin artmaqda olduğunu qeyd edərək milli ideya ətrafında birləşərək Azərbaycan Respublikası rəhbərliyinin erməni terror dövləti tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında və bu istiqamətdəki fəaliyyətini dəstəklədiyini bəyan etmişdir.

Dövlət quruculuğuna həsr edilən Millət Şurasının fövqəladə sessiyası başa çatmışdır.

İTC-nin mətbuat xidməti