İrəvan Türk Cümhuriyyətinə qarşı qərəzli münasibətin arxasında nə durur? - AÇIQLAMA

17/09/2020 - 14:23 1 168 2   0  

“Mirfaiq Mirheydərlinin İrəvan Türk Cümhuriyyətinin Əli İnsanovun emmisarlarından ibarət olması ilə bağlı dedikləri ictimai rəyi çaşdırmaq məqsədi daşıyır və bu heç də təsadüfi deyil”.

İrəvan Türk Cümhuriyyətinin yaranması əslində ən çox ermənistan dövlətini və Rusiyada müəyyən dairələri əlbətdə ciddi narahat etmişdir.! Bunu Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının Paşinyan rəhbərliyində Şuşada keçirilən iclasında müzakirəsi, erməni mətbuatı və digər maraqlı dövlətlərin açıqlamaları sübut edir. Lakin maraqlı burasındadır ki, Azərbaycanda Qərbi Azərbaycan ideyasını gündəlik ruzi qazanmaq vasitəsinə çevirən, bu elektoratı özünün bazası kimi təqdim edənlər ermənilərdən daha çox narahatlıqla qarşılayırlar. Azərbaycan rəhbərliyi və ictimaiyyəti bu məsələni daha çox diqqətdə saxlamalıdırlar.

Bu fikirləri saytımıza açıqlamasında İrəvan Türk Cümhuriyyəti Mətbuat və İnformasiya xidmətinin rəhbəri Təbriz Musayev Qərbi Azərbaycan İcması sədrinin müavini Mirfaiq Mirheydərlinin Əli İnsanovun öz emissarlarını Qafar  Çaxmaqlının ətrafına yerləşdirməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib:

“Təəssüf hissi ilə qeyd edirəm ki, İrəvan Türk Cümhuriyyəti ideyası (əvvəlki adı ilə Qərbi Azərbaycan İrəvan Respublikası) ortaya çıxdığı andan etibarən Qərbi Azərbaycan icması adlı qurum belə bir ideyaya qarşı çıxaraq bunun baş tutmaması üçün geniş təbliğata başladı. Elə o zaman da qərarımız ondan ibarət oldu ki, kimin nə deməsindən asılı olmayaraq fəaliyyətimizi davam etdirək və bu kimi təşkilatların üzərimizə oynadığı oyunlara əhəmiyyət verməyək. Nəticə göz onündədir. Artıq İrəvan Türk Cümhuriyyəti özünün strukturları olan, bayrağı, gerbi olan bir dövlət olmaq yolunda mətin addımlarla irəliləyir.

Tək-tük fərdlər və qurumlar istisna olmaqla istər Azərbaycanda və Türkiyədə, istərsə də dünyanın dörd bir yanında İrəvan Türk Cümhuriyyəti ideyası geniş ictimaiyyət tərəfindən dəstəklənir və bu dəstək hər gün daha da artmaqdadır. Görünür elə bu səbəbdəndir ki, geniş ictimai dəstəkdən narahat olan Mirfaiq Mirheydərli kimi şəxslər növbəti dəfə İrəvan Türk Cümhuriyyətini hədəf seçən açıqlamalarla çıxış edirlər. İrəvan Türk Cümhuriyyətinə Əli İnsanov tərəfindən emissarlar yerləşdirilməsi ilə bağlı səslənən fikirlər tamamilə absurddur və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

Mirfaiq Mirheydərli də onun kimi düşünən digər şəxslər də bilməlidirlər ki, İrəvan Türk Cümhuriyyəti ideyası hər hansısa siyasi liderin ambisiyalarının fövqündə duran bir ideyadır. Bəli zaman-zaman adını çəkdiyiniz Əli İnsanov da, Etibar Məmmədov da, Fəzail Ağamalı və çoxlu sayda digər siyasilər də İrəvan Türk Cumhuriyyəti ideyasına öz dəstəklərini ifadə ediblər və buna görə onların hər birinə minnətdarıq". 

 İrəvan Türk Cümhuriyyəti Mətbuat və İnformasiya xidməti