İrəvan Respublikasının elanı bizə NƏLƏRİ QAZANDIRACAQ?-Qələndər Muxtarlıdan AÇIQLAMA

24/06/2020 - 13:08 6 295 0   0  

May ayının 9-da indiki Ermənistan ərazisində yerləşən Qərbi Azərbaycandan olan həmvətənlərimizin elan etdiyi Qərbi Azərbaycan İrəvan Respublikasının Təşkilat Komitəsinin sədr müavini Qələndər Muxtarlı Kanal-13-də görülən işlər barədə məlumat vermişdir.

Onun bildirdiyinə görə, QAİR-nın idarə edilməsi məsələsinə o torpaqlara qayıdış kontekstində baxılmalıdır, yəni biz o torpaqlardan imtina etməmişik və o torpaqların işğalda qalması ilə barışmamışıq. Bu respublikanın elan edilməsi də doğma torpaqlar uğrunda mübarizənin tərkib hissəsidir. Bütün proses də belə başa düşülməlidir. Hətta 90-cı illərdə Milli Azadlıq mübarizəsində də bu ideya var idi və aktiv müzakirə olunurdu.

1918-ci ildə AXC-nin İrəvan şəhərinin yerləşdiyi 9 min kv.km ərazinin ermənilərə verilməsinə gəldikdə isə Rusiyanın çarlıq dövründə ermənilərin bu coğrafiyaya köçürülməsi başlasa da, çar hökuməti erməni dövləti yaratmadı. Ermənilər öz dövlətlərini Türkiyə ərazilərində yaratmaq istəyirdilər, onların İrəvanda dövlət qurmaq planı yox idi. Mudros sülh sazişi imzlanan kimi ermənilər Osmanlı torpaqlarına iddianı yenidən səsləndirməyə başladılar. Azərbaycanı Paris Sülh Konfransına buraxmasalar da ermənilər orada 3 heyətlə təmsil olunurduar və onlara bu şərait yaradılmışdı. Onlar Trabzondan tutmuş Aralıq sahili ərazilərə-7 böyük bölgəyə-Cənubi Qafqaz da daxil olmaqla-iddialarını irəli sürdülər. Qafqaz Böyük Britaniyanın protektoratında idi və müharibələrdən yorulan Britaniyadan sonra o vaxt dünya hegemonluğu ABŞ-a keçmişdi. Erməni dövlətinin qurulmasına isə o vaxtkı ABŞ prezidenti Vudro Vilson rəhbərik etdi. Türkiyədə Atatürkün başçılıq etdiyi Milli İstiqlal mübarizəsi ilə erməni məsələsi arxa plana keçdi. Əslində bolşeviklər də erməni dövləti yaratmaq istəmirdilər. Beləliklə, ermənilər qarışıqlıqdan istifadə edib Azərbaycanla müharibəyə girdilər və İrəvan uğrunda mübarizə apardılar, ərazilərini genişləndirməyə başladılar. Onlar İrəvanın strateji əhəmiyyətini anlayırılar, bununla həm İrana çıxışı təmin etmək, həm də türk coğrafiyasında körpü olan Azərbaycanla Türkiyənin arasında zolaq yaratmaq istəyirdilər.

Sonra isə sovet dövründə Azərbaycanın rəhbərliyində ermənilərin çox sayda təmsil olunması bu prosesdə öz rolunu oynadı.

Hazırki dövrdə bu ideyanın gündəmə gəlməsi isə Azərbaycanın siyasi rəhbərliyi ilk dəfə olaraq Azərbaycanın ərazilərində 3 erməni respublikasının-Ararat respublikası, Sovet Ermənistanı, müasir Ermənistanının yaradılmasına toxundu və bunu etiraf etdi, bu ideyanı da o zaman gündəmə gətirmək istədik.  Bu məsələdə uğura nail olmaq millətin siyasi iradəsi ilə siyasi rəhbərliyin iradəsinin çulğalaşmasından asılıdır.

QAİR-in 9 mayda elan olunması yaranmış əlverişli geo-siyasi vəziyyətin əmələ gəlməsi və xalqda ilə dövlətdə fikir birliyinin əmələ gəlməsidir. Bu mövzuda xalq və dövlət həmrəydir və hər kəs bu işə töhfəsini verməlidir. Burada 3 reallıq var ki, hər kəs bunu qəbul etməlidir: Birinci,  Azərbaycan xalqı bu torpaqlara iddiasını ortaya qoydu.

İkinci, o torpaqlardan qovulanların geri qayıdışı təmin olunmalıdır, ermənilər nəhayət dərk etməlidilər ki, bizimlə bir yerdə yaşamalıdırlar.

Üçüncüsü, ermənilər Dağlıq Qarabağa iddialarından əl çəkmləlidirlər, çünki erməni dövlətinin yaranmasının kökündə duran Lazarevin yazdığı 5 məliklik konsepsiyası saxtadır, ermənilərin dövlət yaratması bu tarixi coğrafiyaya aid deyil. Biz beynəlxalq hüquqü örnək alaraq-Tibet dövləti, Şimali Kipr Türk Respublikası, Şərqi Türküstan misalında-bu işləri yürütməliyik.

Bu yöndə Qərbi Azərbaycan bölgəsindən qovulan əhalinin siyahıya alınmasına hazırlıq görülür. QAİR-nın saytında da bu işlər aparılacaq. Hazırda Türkiyə və başqa ölkələrdə yaşayan Qərbi Azərbaycan kökənli dörd-beş milyon ətrafında olan həmvətənlərimiz bu saytlarda qeydiyyatdan keçəcək, digər türkdilli ölkələrlə əlaqələr, dövlətin parlamentinin seçilməsi, hətta dövlətin müftisinin də olması məsələləri həll olunub.

Həmçinin bu məsələdə Türkiyə dövləti mənən yanımızdadır. Bəs QAİR-in elan olunması bizə nələri qazandıracaq? Qarabağ məsələsində Azərbaycanın mövqeləri güclənir. Azərbaycanlıların Qarabağa qayıtması gündəmə gəlir. Cəmiyyətimiz təşkilatlanır. Ermənilərin törətdiyi soyqırım dünyanın gündəminə gəlir. Ermənistanın monoetnik dövlət olması dünya səviyyəsində ifşa olunur.

Suveren.az