İranlılar ən çox xərçəngdən dünyasını dəyişir

19/12/2018 - 18:22 1 414 0   0  

Xərçəng xəstəliyi İranda ölüm hallarının ikinci səbəbidir.

Trend-in məlumatına görə, bu sözləri İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi 3-cü Beynəlxalq Kliniki Ankologiya Konfransının kənarında deyib.

Onun sözlərinə görə, xərçəng xəstəliyi 50 yaşdan aşağı şəxslərdən 1-ci ölüm səbəbidir.

Hərirçi əlavə edib ki, xəstəliyi həyat tərzini dəyişmək, 6 aydan bir müayinə etdirmək və münasib müalicə aparmaqla qabaqlamaq olar.