İranlı jurnalistin ABŞ-da niyə saxlanıldığı bilindi

17/01/2019 - 10:42 1 276 0   0  

ABŞ hökuməti iranlı teleaparıcı Mərziya Haşemini bir sıra işlərdə vacib şahid hesab etdikləri üçün saxlayıblar.

Bunu İranın “Press TV” telekanalı jurnalistin oğlu Hüseyn Haşemiyə istinadən yayıb. O həmçinin jurnalistə qarşı hələlik heç bir ittihamın irəli sürülmədiyini deyib. Hüseyn Haşemi Mərziyə Haşeminin qaradərililərə qarşı güc tətbiqinə qarşı çıxan “Black Lives Matter” beynəlxalq hərəkatıyla bağlı sənədli film çəkilişi üçün ABŞ-a getdiyini deyib.
Qeyd edək ki, Mərziyə Haşemi bir müddət əvvəl ABŞ-da saxlanılıb. İran Xarici İşlər Nazirliyi bu həbsi qəti şəkildə pisləyib və onun dərhal azad edilməsini tələb edib. İran rəsmilərinin iddiasına görə, Haşemi ABŞ-a xəstə qardaşını ziyarət etmək üçün gedib.