İranda terror aktı nəticəsində yaralananlar var

06/12/2018 - 22:08 7 543 0   0  

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 2 nəfər ölüb, 42 nəfər də xəsarət alıb.

İSNA agentliyi xəbər verir ki, bu barədə İranşəhr Tibb Elmləri Universitetinin prezidenti Mehran Əminifərd məlumat verib.

Zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin 10 nəfər əməkdaşı da var. Yaralıların əksəriyyətinin xəstəxanalardan evə buraxıldığı bildirilir.

Qeyd edək ki, bu gün Çabahar şəhərində terror aktı törədilib.