İranda “Boeing-707″ təyyarəsi qəzaya uğrayıb – 15 nəfərin meyiti tapılıb – VİDEO (Yenilənib)

14/01/2019 - 15:36 1 252 0   0  

İranda “Boeng-707” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerindən 15 nəfərin meyiti tapılıb.

Onların hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil.

İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından bildirilib ki, təyyarədə ümumilikdə 16 nəfər olub. Onlardan biri sağ xilas edilib. Qurumdan qeyd edilib ki, ölənlərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

* * *

İranda “Boeing-707” hərbi yük təyyarəsi qəzaya uğrayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.