İran yerli müdafiə sistemlərini sınaqdan keçirdi

06/11/2018 - 21:28 15 157 0   0  

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kosmik-Hava qüvvələri “Vəlayət-97” təlimləri zamanı “Hordad-3” və “Talaş” havadan müdafiə sistemlərini sınaqdan keçirib.

“Hordad-3” sistemindən buraxılan Sayad raketinin uğurla hədəfi vurduğu deyilib.

Həmçinin “Talaş”dan da atılan 3 raket də müvəffəqiyyətlə hədəfə çatıb.

Qeyd edək ki, “Vəlayət-97” təlimləri ötən gün başlayılıb. Təlimlərin 500 kv/km ərazidə 2 gün davam edəcəyi deyilir.